MƏHSULLAR

Bizim layihəmiz idxalın əvəz edilməsi məqsədini daşıyır. Azərbaycan hal – hazırda, polipropileni idxal edir. Yerli bazarda tələbat yüksək olmadığından, Azərbaycan aşağı – sıxlıqlı polietileni ixrac edir, eyni zamanda yüksək – sıxlıqlı polietileni idxal edir.

Əslində, biz  yüksək – sıxlıqlı polietilen istehsalı üçün bu yeni zavodu tikməklə, idxalın əvəz olunmasına zəmin yaradırıq. Faktiki olaraq, biz öz xam malımızı emal edərək Azərbaycanda tələbatı olan məhsullara çeviririk. Buna görə də, biz yerli bazarın tələbatının tam ödənməsini nəzərdə tuturuq. Biz bu zavodların ümumi istehsal qabiliyyətinin təqribən 30% – nin yerli bazarın  payına düşəcəyini gözləyirik. Eyni zamanda, biz hesab edirik ki, məhsulların 70% – i Avropa və Türkiyə bazarlarına ixrac olunacaq.

Polipropilen və polietilen zavodlarının maksimum tutumu müvafiq olaraq cəmi 180,000 ton və   120,000  ton olacaq. İstehsal edilmiş məhsulların təqribən 30 – 40% – i yerli bazara çıxarılacaq. Bu, ümumi yerli bazar tələbatının ödənməsi üçün kifayət edəcək. Məhsulun qalan hissəsi isə ixrac olunacaq. Azərbaycan məhsullarının rəqabət qabiliyyətli olduğu Türkiyə ixrac üçün əsas bazar hesab olunur.

Daim inkişaf edən texnologiyalar üzrə lisenziarlar və patent sahibləri kimi tanınan müəyyən şirkətlər qrupu vardır.

LyondellBasell və Ineos müvafiq olaraq, polipropilen və polietilen üzrə bizim lisenziarlarımızdır. Beləliklə, bizim məhsulların ən yüksək standartlara cavab verməsi nəzərdə tutulmuşdur.

İstehsal etməyi nəzərdə tutduğumuz polietilen yüksək – təzyiqli qaz, kanalizasiya və su borularının istehsalına qədər bütün məhsullar üçün istifadə edilə bilər.

Ekoloji plastik adlandırılan polipropilen qablaşdırma və tibb sənayesi üçün tam istifadə edilə bilər.

Bu zavodların hər ikisi ən yüksək ətraf mühit standartlarına cavab verməli, faktiki olaraq bununla da Azərbaycanda ən qabaqcıl texnologiyaları tətbiq etməlidir.

30%Local market
70%Turkey and Europian markets