SOCAR POLYMER

SOCAR "Maire Tecnimont" şirkəti ilə müqavilə imzalayıb

5 fevral 2016 Bakı şəhəri, Azərbaycan Respublikası – SOCAR elan etdi ki, beynəlxalq seçmə müsabiqəsi nəticəsində Maire Tecnimont şirkətinin törəmə şirkətləri olan  "Tecnimont S.p.A." və "KT – Kinetics Technology S.p.A" şirkətləri ilə onun Yüksək Sıxlıqlı Polietelen zavodu layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilə imzalanmışdır. Müqavilə SOCAR-ın Prezidenti cənab Rövnəq Abdullayev və Maire Tecnimont şirkətinin sədri cənab Fabrizyo Di Amato tərəfindən imzalanmışdır.

Müqavilənin ümumi dəyəri təxminən 180 milyon dollardır.

Tecnimont şirkətinin işlər həcminə Layihənin istismara verilməsinə qədər mühəndislik xidmətlərinin həyata keçirilməsi, avadanlıq və mal-materialların satınalınması və quraşdırılması, və tikinti fəaliyyəti daxildir. Yüksəksıxlıqlı Polietilen (YSPE) Zavodu Ineos Innovene S texnologiyası əsasında hər il 120 000 ton məhsul istehsal edəcək.

YSPE layihəsinin tenderinin qalibinin elan olunması 2015-ci il aprel ayında SOCAR tərəfindən Polipropilen zavodunun inşası üçün Tecnimont Maire şirkətinin seçilməsinin davamı olmaqla, Maire Tecnimont Qrupuna SOCAR tərəfindən verilən yüksək qiymətdir.