EKOLOGİYA

SOCAR Polymer bu layihənin ekoloji aspektinə xüsusi əhəmiyyət verir. SOCAR Polymer-in qurğuları qəbul edilmiş ekoloji təsir prinsiplərinə əsaslanaraq tikiləcək və sınanmış texnologiyalar tətbiq edilməklə istismar ediləcəkdir. SOCAR Polymer bütün ekoloji tələblərə cavab verən beynəlxalq nüfuzlu bir layihə həyata keçirməkdə maraqlıdır. İstənilən mənfi ekoloji və ya sosial təsirlərin qarşısını almaq, onları minimuma endirmək, aradan qaldırmaq və ya tənzimləməklə layihəmizi təkmilləşdirmək üçün biz əlaqədar ekoloji aspektlərin dəyərləndirilməsini aparırıq. Bizim sabit inkişafa münasibətimiz təhlükəsiz, səmərəli, məsuliyyətli və mənfəətli işgüzar fəaliyyətin aparılmasına əsaslanır.