KARYERA

SOCAR Polymer dünyada aparıcı mühəndislik şirkətlərindən biri olan Fluor ilə birgə layihəyə nəzarət komandası yaratmışdır. Fluor şirkəti bizim yerli mütəxəssislərimiz üçün təlim-inkişaf planı və xüsusi peşə təlimi proqramı hazırlamışdır. Bu plana əsasən EPC və PMC podratçıları Amsterdam, Milan və Mumbay şəhərlərində mütəxəssislərimiz üçün təlimlər keçirir. Şirkət daxilində ingilis dili biliyinin artırılması üçün dərslər də keçirilir. Biz layihəmizə ixtisaslı mütəxəssisləri cəlb etməklə yanaşı, tələbələri də zavodlarımızda təcrübə əldə etməyə dəvət edəcəyik.

Azərbaycanın neft-kimya sənayesinin inkişafında mühüm rol oynayan aparıcı şirkətdə çalışmaq, yeni imkanlara malik nəhəng layihənin, ixtisaslı qrupun və innovativ atmosferin bir hissəsi olmaq sizi maraqlandırırsa bu layihə uğurlu iş həyatı üçün ən yaxşı seçimdir. Xahiş edirik tərcümeyi halınızı göstərilən poçt ünvanına göndərəsiniz: hr@socarpolymer.az