Biz kimik

polymer SOCAR Polymer şirkəti dövlətlə özəl sektorun Azərbaycanda birgə yaratdıqları ilk tərəfdaşlıqdır (dövlət-özəl sektor tərəfdaşlığı). Şirkət Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentidir. 2013-cü ildə formalaşmağa başlayan Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanın paytaxtı Bakının 30 kilometrliyində yerləşir. Sumqayıt Kimya Sənaye Parkının Mərkəzi Asiya regionunda yeni iri neft-kimya sənayesi qovşağına çevrilməsi gözlənilir.

Biz nə ilə məşğuluq

graphic Biri – polipropilen (PP), digəri isə yüksək sıxlıqlı polietilen (YSPE) istehsalı üçün nəzərdə tutulan iki qurğudan ibarət zavod inşa edirik. PP və YSPE qurğularının istehsal gücü müvafiq olaraq ildə 180000 və 120000 ton təşkil edir. İstehsal edəcəyimiz məhsullar yüksək təzyiqli qaz nəql edən boruların, kanalizasiya və su borularının, qablaşdırma materiallarının, tekstil çeşidlərinin, dəftərxana ləvazimatların, avtomobil hissələrinin, elektron və elektrik avadanlığın, tibbi təyinatlı malların və s. məmulatların hazırlanmasında istifadə olunacaq.
GÜN
SAAT
zavodun işə salınmasına qalan vaxt Prosesi onlayn izlə

XƏBƏRLƏR

Oktyabr 25, 2016İlham Əliyev Sumqayıtda yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak edibPrezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak edib. Fevral 5, 2016SOCAR "Maire Tecnimont" şirkəti ilə müqavilə imzalayıbSOCAR elan etdi ki, beynəlxalq seçmə müsabiqəsi nəticəsində Maire Tecnimont şirkətinin törəmə şirkətləri olan "Tecnimont S.p.A." və "KT – Kinetics Technology S.p.A" şirkətləri ilə onun Yüksək Sıxlıqlı Polietelen zavodu layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilə imzalanmışdır.Sentyabr 19, 2015SOCAR Polymer 5km Korporativ Qaçışın həyata keçirilməsi ilə sağlam həyat tərzini təbliğ edir.Bir komanda tədbiri kimi sağlam həyat tərzinin təbliğ edilməsi, komanda ruhunun qaldırılması və iş yoldaşları arasında dostluq çərçivəsində rəqabət hissinin yaradılması məqsədi ilə Korporativ Qaçışın həyata keçirilməsi işçilər üçün böyük fürsətdir.